ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinə zəng edib.
Editor.az xəbər verir ki, zəng Zelenskinin videomüraciətindən və Rusiyanın Polşaya raket zərbələri endirməsi ilə bağlı iddialarından sonra edilib. Sallivan telefon zəngində rəsmiləri insidentlə bağlı açıqlamalarında daha diqqətli olmağa çağırıb.
CNN bildirir ki, çərşənbə axşamı Ukrayna tərəfi Zelenski ilə Bayden arasında telefon danışığı üçün müraciət etsə də, ABŞ bunu rədd edib.
Lakin Sallivan Prezident Ofisinin rəhbəri Andrey Yermakla, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken isə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıblar.
//Samir Qurbanov, Editor.az

