Co Baydendən Binyamin Netanyahuya dəstəkbackend

Co Baydendən Binyamin Netanyahuya dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ağ Evin Qızılgül bağında Yəhudi-Amerika İrsi Ayı şərəfinə təşkil edilən ziyafətdə çıxış edib.

O, çıxışı zamanı bildirib ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmir. Bu səbəbdən o, Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın İsrailə qarşı ittihamlarını da rədd edib: “Açıq deyim: Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı irəli sürdüyü ittihamların əksinə olaraq, baş verənlər soyqırım deyil.

Biz bunu rədd edirik. Biz İsraili dəstəkləyirik”, – ABŞ prezidenti deyib. O, əlavə edib ki, ABŞ hökuməti HƏMAS-ı tamamilə məhv etmək üçün İsraillə işləməyə davam edir.

//Samir Qurbanov, Editor.az