ABŞ-ın hazırkı prezidenti Co Bayden və komandası seçilmiş prezident Donald Trampın siyasi rəqiblərini təqib edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən bir neçə yüksək rütbəli məmura qabaqlayıcı əfvlərin verilməsi imkanını müzakirə edir.
Editor.az bildirir ki, bu barədə “The Washington Post” yazır. Potensial əfv namizədləri arasında COVID-19 ilə mübarizəni koordinasiya edən doktor Entoni Fauci, keçmiş Birləşmiş Qərargah rəisi Mark Milley, Trampı “faşist” adlandıran demokrat senator Adam Şiff, Donald Trampa qarşı impiçment araşdırmasının təşəbbüskarlarından biri, keçmiş respublikaçı konqresmen Liz Çeyni də var.
İlk dəfə “Politico” tərəfindən bildirilən qabaqlayıcı əfvlərlə bağlı müzakirələr iki anonim mənbə tərəfindən WP-də təsdiqlənib. Onların fikrincə, prosesə Ağ Ev aparatının rəhbəri Ceff Zients və Ağ Evin müşaviri Ed Siskel rəhbərlik edir ki, bu da administrasiyanın ən yüksək səviyyəsində bu məsələyə ciddi yanaşmadan xəbər verir, – WP qeyd edir.
Xatırladaq ki, ötən həftə Co Bayden oğlu Hunter üçün əfv fərmanı imzalayıb.
Eyni zamanda, o, oğlunu əfv etmək üçün prezident səlahiyyətlərindən istifadə etmək imkanını əvvəllər dəfələrlə istisna edib. 2023-cü ildə Hunter Bayden qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunub. Donald Tramp Baydenin bu qərarını “ədalətin pozulması” adlandırıb.
//Samir Qurbanov, Editor.az