ABŞ prezidentləri Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə görüşüblər.
İclasda Bayden Ukraynaya dəstək üçün 8 milyard dollar ayrıldığını açıqlayıb. O, Pentaqona səlahiyyət müddətinin sonuna qədər bu vəsaiti verməyi tapşırıb. ABŞ prezidenti həmçinin Ukrayna Silahlı Qüvvələrinə növbəti hərbi texnika partiyasının göndəriləcəyini də açıqlayıb.
“Müdafiə Nazirliyi Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri, pilotsuz təyyarələr və “hava-yer” döyüş sursatlarının daxil olduğu Təhlükəsizliyə Yardım Təşəbbüsü vasitəsilə 2,4 milyard dollar yardım elan edib”, – deyə Co Bayden bildirib. ABŞ prezidenti uzun mənzilli JSOW sursatlarının, “Patriot” hava hücumundan müdafiə sistemlərinin və onlar üçün sursatların Ukraynaya veriləcəyini bildirib. O, həmçinin F-16 qırıcılarında ukraynalı pilotlar üçün təlim proqramının genişləndirildiyini açıqlayıb.
Qeyd edək ki, oktyabrda Co Baydenin əlavə etdiyi kimi, Almaniyada Ukraynanın müdafiəsi üzrə təmas qrupunun rəhbərlərinin görüşü keçiriləcək. Burada 50-dən çox ölkə iştirak edəcək.
//Samir Qurbanov, Editor.az