ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın 46-cı prezidenti Co Baydenə tezliklə sağalmaq arzulayıb.
Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. “Melaniya (Donald Trampın həyat yoldaşı) və mən Co Baydenin son tibbi diaqnozundan kədərlənirik. Biz Jill (Co Baydenin həyat yoldaşı) və onun ailəsinə ən səmimi arzularımızı çatdırır, Coya tez və uğurlu sağalma arzulayırıq”, – ABŞ prezidenti yazıb.
Co Baydenin mətbuat katibinin sözlərinə görə, diaqnoz mayın 16-da cümə günü elan edilib.
Xəstəlik çox bədxassəli hesab edilsə də, hələ də hormonal müalicəyə həssasdır. İndi eks-prezidentin ailəsi uyğun müalicə üsulu axtarır.
Qeyd edək ki, Co Bayden prezidentliyi dövründə daha əvvəl dəri xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı. O, səbəb kimi iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsini göstərib.
//Samir Qurbanov, Editor.az