Co Baydenin ardınca Entoni Blinken də Almaniyaya səfərini təxirə saldıbackend

Co Baydenin ardınca Entoni Blinken də Almaniyaya səfərini təxirə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, dövlət katibi Entoni Blinken əvvəllər planlaşdırıldığı kimi Almaniya və Anqolaya səfər etməyəcək.

O, Laosda keçirilən Şərqi Asiya Sammitində iştirak etdikdən sonra Vaşinqtona qayıdacaq. Millerin sözlərinə görə, qrafikdəki dəyişikliklər prezident Co Baydenin bu ölkələrə səfərinin təxirə salınması ilə bağlıdır. Oktyabrın 8-də Dövlət Departamenti bildirib ki, Bayden “Milton” qasırğasının yaxınlaşdığı Florida ştatında vəziyyətə şəxsən nəzarət etmək üçün Almaniyaya uçuşunu təxirə salıb.

Xatırladaq ki, əvvəlcə Co Baydenin oktyabrın 10-da ABŞ-dan əvvəlcə Almaniyaya, daha sonra Anqolaya uçması planlaşdırılırdı. Səfər oktyabrın 15-dək davam etməli idi. Almaniyada isə Amerika prezidentinin Ukrayna üzrə təmas qrupunun iclasında iştirakı planlaşdırılırdı.

//Samir Qurbanov ,Editor.az