ABŞ prezidenti Co Bayden Ukraynanın məğlub olacağı təqdirdə “Balkanlardan Belarusa qədər” Avropa ölkələrinin daha müstəqil olacağından qorxduğunu bildirib.
O qeyd edib ki, prezident seçkilərində qalib gəlsə, “Avropanın gələcək taleyini uzun müddət müəyyən etmək” niyyətindədir: “Ukraynanın uğursuzluğa düçar olmasına imkan versək, mənim sözlərimi qeyd edin, Polşa gedən kimi, Rusiyanın de-fakto sərhədi boyunca olan bütün bu ölkələrin özlərini müstəqil dövlət kimi apardığını görəcəksiniz” deyə Co Bayden Time-a bildirib. Baydenin sözlərinə görə, o, NATO-nun “yıxılmasına” imkan verə bilməz, çünki bu halda Şərqi Avropa ölkələri Rusiyanın təsir dairəsinə düşər: “Buna görə də biz NATO-nun dağılmasına imkan verə bilmərik, onu siyasi və iqtisadi, eləcə də əhəmiyyətli dərəcədə sərmayə qoyduğumuz hərbi cəhətdən gücləndirməliyik”, – ABŞ prezidenti bildirib.
//Samir Qurbanov, Editor.az

