Co Baydenin səhhəti pisləşib – The Wall Street Journalbackend

Co Baydenin səhhəti pisləşib – The Wall Street Journal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti və yenidən prezidentliyə namizəd Co Baydenin səhhətində pisləşmə əlamətləri müşahidə olunur.

Editor.az xəbər verir ki, bu barədə Respublikaçılar və Demokratlar “The Wall Street Journal”a (WSJ) danışıblar. Qapalı iclaslarda onun davranışlarından nümunələr göstəriblər.

Ağ Ev bu cür fərziyyələri rədd edib və bunu “qərəzli siyasət” adlandırıb. Administrasiya Amerikanın ən yaşlı prezidentini “ciddi və enerjili lider” hesab edir. “Wall Street Journal”ın hesabatı 81 yaşlı cənab Baydenlə görüşlərdə iştirak edən və ya bu görüşlər haqqında məlumat alan 45 demokrat və respublikaçı ilə söhbətlərə əsaslanır.

Prezidentin vəziyyətini nəzərə alanların əksəriyyəti respublikaçılardır, lakin bəzi demokratlar da onda “yaşın özünü göstərdiyini” söyləyiblər. WSJ qeyd edib ki, Ağ Ev demokrat qanunvericilərlə müsahibələri diqqətlə izləyib. Onlardan bəziləri jurnalistlərlə söhbət etdikdən sonra qəzetlə yenidən əlaqə saxlayıb və Co Baydenin güclü tərəflərinə diqqət çəkiblər.

//Samir Qurbanov, Editor.az