Co Baydenlə Vladimir Putin görüşə bilər?backend

Co Baydenlə Vladimir Putin görüşə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşlə bağlı sualı cavablandırıb. “Gedərik, görərik” deyib.

Editor.az bildirir bu barədə Amerika mənbələri yazıb. Noyabrın 15-də başlayacaq sammit İndoneziyanın Bali adasında keçiriləcək. Daha əvvəl b Putin bildirmişdi ki, İndoneziya prezidenti Coko Vidodo onu noyabrın 15-16-da keçiriləcək G20 sammitində iştirak etməyə dəvət edib.

Lakin Rusiya prezidentinin sözlərinə görə, onun sammitdə şəxsi iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib. Lakin istənilən halda Rusiya tədbirdə təmsil olunacaq. Qeyd edək ki, sonuncu dəfə Vladimir Putin və Co Bayden arasında görüş 16 iyun 2021-ci ildə Cenevrədə baş tutub. Danışıqlardan sonra Putin və cənab Bayden strateji silahlara nəzarətlə bağlı birgə bəyanat qəbul ediblər. O zaman prezidentlər birgə mətbuat konfransı keçirməyiblər.

  //Samir,Editor.az