Co Bayden müttəfiqlərini “müharibənin kritik anında” Ukraynanın tək qoymamağa çağırdıbackend

Co Bayden müttəfiqlərini “müharibənin kritik anında” Ukraynanın tək qoymamağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Co Bayden Ukraynanın müttəfiqlərinin Rusiya ilə “müharibənin kritik anında” ona dəstək verməkdən imtina etməsindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, ölkənin sursat və silah ehtiyatları getdikcə azalır və bu yazda döyüşlər daha da güclənəcək. “ABŞ geri çəkilsə, nə baş verəcək? Yaxın Şərqdə nə baş verəcək? Tayvan boğazında, Asiyada nə olacaq? Ukraynaya nə olacaq?

Editor.az xəbər verir ki, bu sözləri o, Nyu-Yorkda ianə toplama mərasimi zamanı deyib. “Bloomberg” qeyd edir ki, Co Baydenin bu mövzuda çıxışı Senatın Ukrayna, İsrail və Tayvanı dəstəkləmək üçün 118 milyard dollar ayrılması ilə bağlı ikipartiyalı razılaşmanın, eləcə də ABŞ sərhədlərinin möhkəmləndirilməsi tədbirlərinin əleyhinə səs verməsindən bir neçə saat sonra baş verib.

Bundan əvvəl Co Bayden keçmiş prezident Donald Trampı respublikaçıları bu sənədin qəbuluna qarşı çıxarmaqda ittiham etmişdi.

//Samir Qurbanov, Editor.az