Con Kirbi ABŞ prezidentinin köməkçisi olacaqbackend

Con Kirbi ABŞ prezidentinin köməkçisi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq.

Editor.az AP-ə istinadən xəbər verir ki, cənab Kirbi ABŞ prezidentinin köməkçisi olacaq. Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin olunacaq. Agentliyin adı açıqlanmayan həmsöhbəti bildirib ki, cənab Kirbinin müxtəlif departamentlər arasında məlumat mübadiləsini koordinasiya edəcək öz tabeliyində olan şəxsi heyəti olacaq və onlar Milli Təhlükəsizlik Xidmətindən ayrı işləyəcəklər.

Qeyd edəcək ki, Con Kirbi ABŞ Hərbi Dəniz Qüvvələrində kontr-admiraldır və 2015-2017-ci illərdə Dövlət Departamentində qərargah rəisi vəzifəsində çalışıb. 2021-ci ildə o, Pentaqonun mətbuat katibi vəzifəsində işləyib. 2022-ci ilin may ayında o, Ağ Evin MTŞ-də strateji kommunikasiyalar üzrə koordinator təyin edilib.

//Samir Qurbanov, Editor.az