Con Kirbi: Ukrayna qalib gəlməyə tamamilə qadirdirbackend

Con Kirbi: Ukrayna qalib gəlməyə tamamilə qadirdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə tamamilə qadirdir.

Bu sözləri Pentaqon rəsmisi Con Kirbi deyib. Editor.az-ın Sky News-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Vladimir Putinin iki qızına qarşı sanksiya elan etməsindən bir neçə saat sonra Kirbi Ukraynanın müqavimətinin güclü olaraq qaldığını bildirib.

“Ötən müddət ərzində Putin Rusiyası Ukraynadakı strateji hədəflərinə sıfır səviyyəsinə nail olub: Kiyevi ala bilməyib, hakimiyyəti devirə bilməyib, Ukraynanı milli dövlət kimi məhv edə bilməyib”, – deyə spiker bildirib. Onun sözlərinə görə, Putinin qoşunları ona lazım olan yaşayış məntəqələrinə deyil, strateji əhəmiyyət daşımayan az sayda yaşayış məntəqələrinə nəzarət etməyə nail olub. “Ukrayna qalib gəlməyə tamamilə qadirdir”, – Kirbi bildirib.

 Editor.az