Conson Ukrayna parlamentində çıxış edib: “Kimsə sizə bir daha hücum etməyə cəsarət etməyənə qədər…”backend

Conson Ukrayna parlamentində çıxış edib: “Kimsə sizə bir daha hücum etməyə cəsarət etməyənə qədər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya işğalı başlayandan bəri Ukrayna parlamentində çıxış edən ilk xarici lider olub.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, videokonfrans vasitəsilə parlamentə müraciət edən baş nazir Ukraynada baş verənlərin gələcək nəsillər tərəfindən xatırlanacaq və danışılacaq ən uğurlu tarixi anısı olduğunu deyib və Ukraynanı təbrik edib.

Conson Böyük Britaniya hökumətindən Ukraynaya əlavə 300 milyon funt-sterlinq hərbi yardım vəd edib. Britaniyanın növbəti hərbi yardımına əks batareya radar sistemləri, GPS və gecə görmə cihazları kimi çoxlu elektron döyüş texnikası daxildir.

“Kimsə sizə bir daha hücum etməyə cəsarət etməyənə qədər biz tədarük etməyə davam edəcəyik”,- Conson bildirib.

Qeyd edək ki, Böyük Britaniya indiyədək Ukraynaya 450 milyon funt-sterlinq hərbi yardım edib.

//Gülnarə Abasova, Editor.az