Conson Ukraynaya yardım vəd edibbackend

Conson Ukraynaya yardım vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, İranın İsrail ərazisinə hücumu qarşısında ABŞ Ukrayna və yəhudi dövlətinə yardım göstərəcək qanun layihəsinin qəbulu üçün lazımi səyləri göstərəcək.

Editor.az bu barədə ABC News-a istinadla xəbər verir. O, Respublikaçılar Partiyasının İsraili dəstəkləməyin vacibliyini anladığını vurğulayıb. “Bu paketin [son] təfərrüatları hazırda işlənir. Biz bütün variantları və onların həyata keçirilməsi ilə bağlı əlavə suallara baxırıq və bu həftə paketi yenidən nəzərdən keçirməyə çalışacağıq”,- deyə Johnson bildirib.

Bundan əvvəl isə Amerika prezidenti Co Bayden ABŞ Konqresindəki partiya liderləri ilə İsrailə yeni yardımla bağlı razılığın əldə olunmasının zəruriliyini müzakirə etmişdi.

//Gülnarə Abasova, Editor.az