COP-29-a qədər sülh müqaviləsi imzalana bilər?- Millət vəkilindən AÇIQLAMAbackend

COP-29-a qədər sülh müqaviləsi imzalana bilər?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar ABŞ rəsmilərinin Cənubi Qafqaz regionuna səfərlərinin intensiv xarakter daşıması, hər şeydən əvvəl geosiyasi proseslərlə bağlıdır. Müasir dünyada təbii resurslar, nəqliyyat-kommunikasiya, logistika uğrunda ciddi rəqabət gedir. Ələlxüsus, böyük güclər, ABŞ, Avropa İttifaqı, Rusiya, Çin arasında mübarizə açıq müstəviyə keçib. Rusiya-Ukrayna, Yaxın Şərqdə, Qırmızı dəniz ətrafında baş verənlər də həmin güclərin birbaşa və yaxud proksi qüvvələr vasitəsilə apardıqları siyasətin nəticəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, ABŞ konqresində keçirilən dinləmələrdə də qeyd olunub ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu  Asiyanı Avropa ilə birləşdirən və Rusiyaya alternativ, Azərbaycandan keçən dəhlizdir:

“Burada iki yol nəzərdə tutulur. Biri Gürcüstandan keçir, digəri isə SSRİ dövründə fəaliyyət göstərmiş əsas yol, Ermənistandan keçən yoldur. Bu yolun açılması Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsindən asılıdır. Azərbaycan tərəfindən Ermənistana konkret sülh müqaviləsinin şərtləri  təqdim olunsa da hələlik cavab yoxdur. Ermənistan konstitusiya dəyişikliyi etməli, qonşu öllələrə qarşı ərazi ittihamlarını nəzərdə tutan konstitusiya normalarını çıxarmalıdır.

ABŞ-ın əsas marağı, təbii ki, öz dövlət maraqlarından qaynaqlanır. Bu da Zəngəzur dəhlizinin açılmasını tələb edir. “ABŞ-n prosesə müdaxiləsinə, Rusiyanın səssizlik nümayiş etdirir” təsəvvürü yanlışdır. Hər iki qütb arasında pərdəarxası ciddi mübarizə gedir. Deyərdim ki, sülh müqaviləsini əngəlləyən əsas amil də məhz budur. ABŞ-n məqsədi, müxtəlif sanksiyalar vasitəsilə Rusiyanı təcrid etməkdən, zəiflətməkdən ibarətdir.  Rusiya isə bölgədə ənənəvi varlığını qoruyub saxlamaq üçün maksimum səy göstərir. COP-29-a qədər sülh müqaviləsinin imzalanacağı barədə optimist deyiləm”.

//Gülnarə Abasova, Editor.az