“COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil”- Millət vəkilibackend

“COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”.

Bu sözləri Editor.az-a COP29-a Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, əvvəlki dövrlərdə Azərbaycan bir çox mühüm tədbirlərə ev sahibliyi edib:

“Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir”.

//Səbinə Hüseynli, Editor.az