COP29 çərçivəsində sadəcə iqlim deyil, fransız fəsadlarına da geniş yer ayrıldı -ŞƏRHbackend

COP29 çərçivəsində sadəcə iqlim deyil, fransız fəsadlarına da geniş yer ayrıldı –ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident İlham Əliyev fəaliyyət dönəminin bütün başlanğıclarında siyasət prioritetlərini məhz o cür müəyyənləşdirdi ki, hər biri Azərbaycan xalqının maraqlarına xidmət etsin. Bu baxımdan hərbi, iqtisadi, siyasi uğurlarımıza gedən yolda ideoloji aspekt, bütün bunlara konseptual baxış, sistemli yanaşma son dərəcə vacib idi. Heç də təsadüfi deyil ki, illər ərzində rəsmi Bakının ev sahibliyi etdiyi mötəbər tədbirlər də hədəflərimizə gedən yolda anlamlı bir vasitə idi. Dövlət başçımız atdığı addımlarla sadəcə lokal deyil, qlobal problemlərin də siyasətinin mərkəzində olduğunu, bu problemlərə münasibətdə xalqımızın mədəni yanaşmasının mövcudluğunu bəyan və sübut edirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, inkarolunmaz faktdır ki, iqlim sürətlə dəyişir və bu dəyişimin nəticələri bütün bəşəriyyətə təsir edir:

“Bu cür həssas məsələyə biganə olmadığını göstərən Azərbaycan COP kimi genişmiqyaslı bir tədbiri təşkil etməyi, keçirməyi öz üzərinə götürdü. Dünya birliyinin mütləq əksəriyyəti də məhz Azərbaycanın indiyə qədər atdığı addımlara istinad edərək dəstəyini nümayiş etdirdi. Nəticə olaraq bütün dünya qlobal suallara cavabları, problemlərə həll yollarını Bakıda tapmağa çalışır. Daxili sularda dəyişikliklərə səbəb olan mexanizmlər, onları idarə edən ekosistemlər, bu ekosistemlərin biomüxtəlifliyinin ümumi davamlılığı, onların itkisinin artan sürəti, bununla əlaqəli olaraq kritik ekosistem xidmətlər də olmaqla COP29 çərçivəsində qaldırılan məsələlər bütün bəşəriyyəti maraqlandıran narahatlıqların hər birini ehtiva edir. Bu problemlərin sürətlə artacağı proqnozlaşdırıldığından onlar əhəmiyyətli iqtisadi, sosial və ekoloji xərclərə səbəb olur. Bu baxımdan bütün tərəflərin üzərinə ciddi iş düşür. Paris Sazişinin məqsədlərinə nail olmaq üçünsə sadəcə dövlətlərdən deyil, maraqlı tərəflərdən-şəhərlərdən, submilli regionlardan, investorlardan, vətəndaş cəmiyyətindən də həssaslıq tələb olunur. Səsləndirilən bəyanatlar, verilən elanlar, ilk dəfə duyulan yeniliklər, götürülən öhdəliklər, eləcə də təklif edilən əməkdaşlıq kimi iqlim təşəbbüslərinin başlanması və tərəqqisi məhz Bakıda tanındı. Rəsmi Bakı daha bir mötəbər tədbirə evsahibliyi etməklə qlobal səylər baxımından çoxtərəfli prosesin sürətləndirilməsinə effektiv töhfə verilməsini təmin etmək üçün addımları bundan sonra da izləyəcək.

COP29 çərçivəsində sadəcə iqlim deyil, fransız fəsadlarına da geniş yer ayrıldı. Belə ki, kiçik ada dövlətlərinin yerli sakinləri Fransanın qeyri-qanuni üstünlüklər təşkil etməsinə artıq daha gur səslə etiraz edirlər. Fransa hökuməti tərəfindən tədbirlər başlanılmasa hazırkı həyəcanverici vəziyyət daha da gərginləşəcək. Odur ki, Fransa Azərbaycanı hədəf almaqdansa, öz xarici siyasət hədəflərini yenidən, bu dəfə daha düzgün müəyyənləşdirsin”.

//Gülnarə Abasova, Editor.az