COP29 zamanı dərslər necə keçiriləcək?backend

COP29 zamanı dərslər necə keçiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 tədbiri ilə bağlı tədris prosesinin onlayn olmasına dair heç bir qərar yoxdur”.

Editor.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Agentliyin direktor müavini Orxan Abbasov deyib.

O bildirib ki, gündəmdə olan və valideynləri narahat edən məqamlardan biri budur:

“Valideynləri başa düşürük. Onlar da uşaqlarının tədris prosesinin davamlılığı üçün narahatdırlar. Lakin bu qərarların verilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən də aidiyyəti üzrə qərar olmalıdır. Biz hazırda sentyabr ayında yeni tədris ilinə hazırlaşırıq. Tədris prosesində fasilələrin yaranması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Tədris prosesində heç bir dəyişiklik gözlənilmir. Bu istiqamətdə hər hansı yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.