Gələn il COP31 qlobal iqlim sammitinə Türkiyə Respublikası sədrlik edəcək. 2026-cı il sammiti Türkiyənin Antalya şəhərində keçiriləcək və hökumətlərarası danışıqlara Avstraliya rəhbərlik edəcək.
COP-dan əvvəlki tədbirlər Sakit okean bölgəsində baş tutacaq. Avstraliya Baş nazirinin sözlərinə görə, belə bir tədbirə ev sahibliyi etmək həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir.
Qeyd edək ki, 30-cu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya COP30 qlobal iqlim sammiti bu il noyabrın 10-dan 21-dək Braziliyanın Belem şəhərində keçiriləcək.
//Samir Qurbanov, Editor.az

