Türkiyəli aktrisa Hande Erçəl yeni reklam təklifi alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Laverne” ətir markasının siması olub.
O brendlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, markanın daha öncəki siması futbolçu Kristiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigez idi.