Corco Kellini “Yuventus”a vida edibbackend

Corco Kellini “Yuventus”a vida edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İtaliya Kubokunun finalında “İnter” “Yuventus” klubuna qalib gəlib.

Editor.az “sporx” a istinadən xəbər verir ki, “Yuventus”un veteran oyunçusu Corco Kelli oyundan sonra açıqlama verib.

“10 il sonra kuboksuz bir mövsümlə klubu tərk etdiyim üçün çox məyusam. Yerimi gənclərə verirəm. Bazarertəsi sonuncu dəfə “Latsio” ilə oyunda öz meydanımızda oyuna çıxacam. Sonuncu oyunum isə “Fiorentina” ilə səfər qarşılaşması son oyunum olacaq. Ən yaxın zamanda “Yuventus”un böyük bir fanatı olaraq tribunalarda yerimi alacam”,- deyə 37 yaşlı Kellini bildirib.

Xatırladaq ki, təcrübəli oyunçu 2005-dən çıxış etdiyi “Yuventus”la 9 dəfə A seriyasının qalibi olub. Onun oynadığı bu illər ərzində “qoca sinyora” 5 dəfə İtaliya kubokuna, 5 dəfə isə İtaliya Super Kubokuna sahib olub.

Qeyd edək ki, İtaliya millisinin AVRO-2020 göstərdiyi sərgilədiyi uğurlu nəticədə Kellinin də payı olub.

//Nəzərbəy, Editor.az