İngiltərədə Covid-19-a yoluxmuş insanların əməliyyat olunmazdan əvvəl ən azı 7 həftə gözləmələri tövsiyə olunub. Editor.az-ın BBC Türkiyəyə istinadən verdiyi məlumata görə mütəxəssislər üstünlük təşkil edən Omicron variantı haqqında məlumatları izləyərək lazımi yeniləmələri etməyi planlaşdırırlar.
Mütəxəssislər koronavirusa yoluxduqdan sonra ilk bir neçə ayın sağlamlıq və immunitet baxımından daha riskli olduğunu və əməliyyatdan sonrakı sağalma prosesində problemlər ola biləcəyi üçün ehtiyat tədbiri olaraq belə bir tətbiqə başlanıldığını bildirir.
Bəzi fövqəladə hallarda əməliyyatların hələ 7 həftədən əvvəl edilə biləcəyini söyləyən mütəxəssislər, əməliyyat olunacaq xəstələrə bütün Covid-19 peyvəndlərinin olmasını tövsiyə edir.
Cərrahlar və anestezioloqlar tərəfindən tövsiyə edilən və elmi jurnalda nəşr olunan Anesthesia-da dərc edilən bu yeni tətbiqə görə, yoluxmuş insanların sağalma prosesinin ilk 6 həftəsində əməliyyat fəsadlara səbəb ola bilər. Bu, asemptomatik xəstələrə də aiddir.
Mütəxəssislər həmçinin bildirirlər ki, Covid-19-a yoluxan şəxslər əməliyyat olunmamalıdır, çünki ilk 10 gündə virusun başqalarına keçmə ehtimalı var.
Məlumatlar Omicrondan əvvəldir
Bu yeni tövsiyələr Omicron variantından əvvəl toplanmış məlumatlara əsaslanır. Mütəxəssislər Omicron variantı ilə bağlı məlumat toplamaqda davam edirlər və araşdırmalara əsasən qaydaları yumşaltmaq mümkündür.
Mütəxəssislər qeyd edirlər ki, bir çox insanın əvvəllər virusa yoluxması və müxtəlif peyvəndlər olduğu üçün immunitet qazanması müsbət əlamətdir.
Anestezioloqlar Cəmiyyətinin prezidenti Mayk Natanson xəstələrin bu qərardan narazı olduqlarını ancaq bu qərarın onların təhlükəsizliyi üçün verildiyini bildirib.
Natanson bildirib ki, daha yüngül olduğu düşünülən Omicron variantı ilə və peyvəndin olması ilə əlaqədar əməliyyat qaylarında bir qədər yumşalmalara getmək olar.
Mütəxəssis Cərrahiyyə Dərnəkləri Federasiyasının prezidenti Duncan Summerton isə qərarları araşdırılmasını və sonra pasiyentlərlə fikir mübadiləsindən sonra həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

