COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib – Hande Harmancıbackend

COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib – Hande Harmancı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 bizə elə böyük sarsıntı yaşatdı ki, bu, bizdə çox primitiv bir şeyi, yaşamaq instinktini işə saldı.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Bir sağlamlıq, bir planet: Davamlı gələcək üçün birləşmək” adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, virus ölkələr, icmalar və insanlar arasındakı fərqi gücləndirdi.

“BVF hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib. Biz etimad institutlarının itirilməsinin, hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.

İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbul etmə prosesinə hazırlaşırıq. Söhbət, şübhəsiz, ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur. Gedib yenidən başlaya biləcəyimiz başqa planet yoxdur. Bir sağlamlıq isə məsuliyyət götürmək və bununla bağlı nəsə etmək üçün bir vasitədir. Bu, gələcək COVID-19 kimi pandemiyaların qarşısını almağın bir yoludur”, – deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.