COVİD-19 əleyhinə “Sputnik V” peyvəndinin yaradıcısı öldürüldübackend

COVİD-19 əleyhinə “Sputnik V” peyvəndinin yaradıcısı öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin əməkdaşı, Rusiyada koronavirusa qarşı “Sputnik V” peyvəndinin yaradıcılarından biri – Qamaleya Andrey Botikov öldürülüb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Moskva üzrə İstintaq Komitəsi bildirib. Qətl dünən Roqova küçəsində baş verib. İstintaqın məlumatına görə, 47 yaşlı ev sahibi ilə 29 yaşlı kişi arasında mübahisə yaranıb və bu zaman qonaq onu kəmərlə boğaraq qaçıb. Cinayətkar saxlanılıb və o, günahını etiraf edib. Faktla bağlı RF Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi ölənin adını yazmasa da, KİV mənbəyə istinadən onun məhz Botikov olduğunu deyir. Məlumdur ki, Botikov “Sputnik V” peyvəndinin yaradıcılarından və N.F.Qamaleya adına Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin 18 alimindən biri olub.

//Samir Qurbanov,Editor.az