COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldıbackend

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət mayın 1-dək nəzərdə tutulmuşdu.