Covid-19-u unudun: Yeni ölümcül xəstəliyin adını yadda saxlayın – Marburq virusu…backend

Covid-19-u unudun: Yeni ölümcül xəstəliyin adını yadda saxlayın – Marburq virusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Marburq virusu insana meyvə yarasalarından keçir…”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, fevralın 13-də Mərkəzi Afrikada- Elvatorial Qvineyada ölümcül Marburq virusunun ilk oyanışı qeydə alınıb.

Söhbət Ebola virusuna qohum olan filovirusdan gedir, nəticədə Kiyentem qərb əyalətində 9 nəfər həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Marburq virusundan ölüm halları 88 faizə çata bilər.

Hazırda virusla 16 güman edilən və hemorragik qızdırma törədən xəstələnmə halları qeydə alınıb.

Bu xəstəlik aşağıdakı əlamətlərlə səciyyələnir: qızdırma, yorğunluq, qanlı qusma.

Təsdiq edilən xəstələrlə təmasda olan cəmi 200 nəfər təcrid edilib. Şimali Kamerunda yoluxmadan ehtiyat edilərək öz sərhədləri boyunca hərəkət məhdudlaşdırılıb.

İlkin olaraq ölüm halları dəfn mərasimləri ilə bağlı olub, bunu Ekvatorial Qvineyanın səhiyyə naziri Mitua Ondo İkeba bəyan edib.

Bu virus insana meyvə yarasalarından keçir və yoluxanların bioloji mayeləri, həmçinin yoluxan səthlər və materiallarla bilavasitə təmas zamanı yayılır.

Hələlik bu qızdırmanın müalicəsi üçün qeydə alınan peyvəndlər və ya virusəleyhinə preparatlar yoxdur, lakin iki həftə öncə ABŞ-da Marburq hemorragik qızdırmaya qarşı vektor peyvəndin ilk kliniki slnaqlar fazası uğurla başa çatıb./Moderator.az