COVİD-19-un “Britaniya ştammı” Türkiyədə də aşkarlandı – FOTObackend

COVİD-19-un “Britaniya ştammı” Türkiyədə də aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada aşkarlanan COVID-19-un yeni ştammına Türkiyədə də rast gəlinib.

“Haber Global”ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Twitter” hesabından paylaşım edən nazir bildirib ki, artıq ölkədə yeni mutasiyaya uğramış virusa 15 nəfər yoluxub.

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.