“Çaşqınlıq, unutqanlıq və epilepsiya” kimi problemlər COVID-i keçirən insanlarda 2 il sonra aşkara çıxmağa başlayıb. Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin araşdırmasında bildirilib.
Tədqiqatda təxminən 1 milyon 250 min insan COVID-19-a yoluxmadan 2 il sonra 14 fərqli xəstəliyə tutulma riski baxımından qiymətləndirilib. Nevroloji və psixoloji problemlər baxımından nəticələr 2 il əvvəl qeyri-tənəffüs yolu ilə COVİD infeksiyası keçirmiş 1 milyon 250 min insanın nəticələri ilə müqayisə edilib.
Tədqiqatın nəticələrinə görə, COVID-dən başqa hər hansı tənəffüs yolu infeksiyası olan uşaqlarda “epilepsiyaya yoluxma ehtimalı” 2 ildən sonra 10 mindən 130-u olduğu halda, COVİD-li uşaqlar üçün bu dəyərlər iki dəfə artaraq 10 mindən 260-a yüksəlir. Eyni araşdırma göstərir ki, COVID-19 olan yetkinlərdə də “unutqanlıq, depressiya və narahatlıq” riski gözləniləndən daha yüksəkdir. COVID-dən sonra “ beyin dumanılılığı, anksiyete pozğunluğu, yuxu problemləri, fibromiyalji və hətta depressiya” kimi psixi problemlərin daha da artdığı statistik olaraq təsdiqlənib.
Ekspertlər bununla yanaşı iki müsbət xəbərin olduğunu da bildirirlər: Birincisi, COVID-dən sonra yaranan depressiya və narahatlıq gözlənildiyindən daha tez yaxşılaşa bilər. İkincisi, Omicron variantı əvvəlki variantlara nisbətən uzun müddət davam edən COVID problemlərinə daha az səbəb olur.
//Safura Bənnayeva, Editor.az

