COVİD-19 yenidən hücuma keçir: bu ölkədə rekord yoluxma qeydə alındıbackend

COVİD-19 yenidən hücuma keçir: bu ölkədə rekord yoluxma qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən, noyabrın 23-də Çində 31 656 koronavirusa yoluxma hadisəsi müəyyən edilib ki, onların da 87%-i simptomsuzdur. Bu, pandemiyanın başlanğıcından bəri rekord gündəlik artımdır.

Editor.az bildirir ki, bu barədə AFP xəbər verir. Çinin Çjoncou şəhəri infeksiyaların artması səbəbindən karantin rejiminə salınıb. Qeyd edək ki, COVID-19 hallarının artması ilə bağlı əvvəlki gündəlik rekord aprelin 14-də qeydə alınıb – 29 411 hal.

Ümumilikdə, Çində pandemiya zamanı 297 516 koronavirusa yoluxma halı qeydə alınıb və 5 232 nəfər dünyasını dəyişib.

Reuters-in məlumatına görə, Pekindəki bütün parklar və muzeylər bağlanıb, Şanxay digər bölgələrdən gələnlərin hamısı üçün məcburi test, həmçinin təcrid olunmuş üç günlük karantin tətbiq edib. Uhan səlahiyyətliləri sakinləri ev və işdən başqa heç yerə getməməyə çağırıb.

//Samir Qurbanov,Editor.az