COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur – RƏSMİbackend

COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələlik COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, əgər vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil:

“İndi vaksinin effekti ilə bağlı müxtəlif faizlər deyilir. Amma bu, könüllülərin qanındakı antitellərin miqdarını göstərir. Bu antitellər qanda nə qədər qalacaq- 1 ay, 2 ay- bu, hələ bilinmir”.

A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir: “Profilaktik təbabət ən vacibdir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir. COVİD elə bir xəstəlikdir ki, ona qarşı müabrizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”.

Loading...