“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – Müdafiə naziribackend

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – Müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək.

“Çox qan olacaq, qaçqınlar olacaq, bu, Avropa üçün fəlakət olacaq. Axı bu müharibə təkcə Ukraynanın şərqində baş vermir. O, Avropanın şərqinə doğru irəliləyir… Bəli, bu, təkcə Ukrayna üçün deyil, Avropa üçün də fəlakət olacaq, çünki Ukrayna ilə Polşa sərhədində və ya, bəlkə də, Almaniya və Polşa sərhədində bir neçə milyon miqrant və ya qaçqın olacaq. Mən bunu tamamilə ciddi deyirəm”, – müdafiə naziri BBC-yə müsahibəsində bildirib.

Reznikov qeyd edib ki, təcavüz “ruslar üçün çox, çox çətin olacaq, ona görə də indi hər şeyi sülh yolu ilə həll etmək vacibdir”.