Çoxdan hazırlanan hücum başlandı: bu müharibədə dönüş nöqtəsi ola bilərbackend

Çoxdan hazırlanan hücum başlandı: bu müharibədə dönüş nöqtəsi ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Ukraynanın şərqində və cənubunda əvvəlkindən daha düşünülmüş və sərt hücuma başlayıblar və bu hücuma ordunun əhəmiyyətli bir hissəsini cəlb ediblər. Lakin bu, onlara kömək etməyəcək. Editor.az xəbər verir ki, bu barədə Ukraynanın prezidenti V.Zelenski özünün növbəti videomüraciətində bildirib.

“Artıq deyə bilərik ki, rus qoşunları Donbas uğrunda uzun müddətdən bəri hazırlaşdıqları döyüşə başlayıblar. Rusiya ordusunun çox böyük bir hissəsi bu hücumda cələb edilib. Buna baxmayaraq, biz döyüşəcəyik və özümüzü hər gün müdafiə edəcəyik.

Biz Ukraynaya məxsus heç nəyi verməyəcəyik. Başqasınınki isə bizə lazım deyil”, – deyə Zelenski vurğulayıb. O qeyd edib ki, itkiləri gizlətməyə vərdiş etmiş rus generalları “artıq o qədər rus əsgərini öldürüblər ki, hücum edəcək adamları qalmaya bilər. Buna görə daha diqqətli olmalarını tövsiyə edirəm”. “…Dövlətimizin bütün ərazisinin nə vaxt azad olunacağı zaman məsələsidir”, – deyən prezident, sonda işğalçıların qarşısında sipər olan ukraynalı döyüşçülərə təşəkkür edib.