“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artıbbackend

“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artıb və hazırda 140 nəfərə çatıb: vəziyyəti son dərəcə ağır olan bir yaralı bu gün dünyasını dəyişib.

Editor.az bildirir ki. bu barədə Səhiyyə Nazirliyinin rəhbəri məlumat verib. Mixail Muraşkonun sözlərinə görə, o, xəstəxanada dünyasını dəyişib. Qurum rəsmisi vurğulayıb ki, həkimlər onun xilası üçün bütün tədbirləri görüblər. Bundan əlavə, Səhiyyə Nazirliyinin rəhbəri xəstəxanalardan hələ də evə buraxılmayan yaralılar barədə məlumat verib. Moskva və Moskva vilayətində 74 böyük və 6 uşaq xəstəxanalarda müalicə olunur.

Nazir həmçinin qeyd edib ki, dörd yaralının vəziyyəti hələ də son dərəcə ağırdır. 16 böyük və 3 uşağın vəziyyəti orta ağır qiymətləndirilir. “Əməliyyat məlumatlarına görə, 205 zərərçəkmişə ambulator yardım göstərilib. 76 zərərçəkən artıq həkim nəzarəti altında xəstəxanalardan evə buraxılıb. Daha 23 zərərçəkənin stasionar müalicəsi başa çatıb və evə buraxılmağa hazırlaşır”, – Muraşko deyib.

Bu gün səhər saatlarında Fəlakətlərin Tibb Mərkəzi faciənin 360 qurbanı olduğunu bildirib. Bildirilib ki, yaralıların çoxu fövqəladə vəziyyətdən sonra şokda olublar. Ona görə də onlar yalnız bir neçə gündən sonra kömək axtara biliblər. Bir neçə gündən sonra zərərçəkənlərin sayı kəskin artıb.

//Samir Qurbanov, Editor.az