“Crocus City Hall” konsert zalına hücumları maliyyələşdirənlər dağıstanda yaxalanıblar – Rusiya KİV-ibackend

“Crocus City Hall” konsert zalına hücumları maliyyələşdirənlər dağıstanda yaxalanıblar – Rusiya KİV-i

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda “Crocus City Hall” konsert zalına hücumları maliyyələşdirən silahlıları saxladıqlarını bildiriblər.

Editor.az bildirir ki, bu barədə RİA Novosti yazıb: FSB Dağıstanda” Crocus”dakı terror aktının maliyyələşdirilməsində və dəstəklənməsində iştirak edən silahlıları saxladıqlarını bildirib. Rusiya təhlükəsizlik rəsmiləri dəstənin dörd nəfərdən ibarət olduğunu iddia edirlər. Onlar həmçinin bildiriblər ki, həmin şəxslər Kaspiyskdə terror aktı törətməyi planlaşdırmaq və bundan sonra Rusiyanı tərk etmək niyyətində olublar.

//Samir Qurbanov, Editor.az