“Crocus City Hall” konsert zalının qarşısında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılırbackend

“Crocus City Hall” konsert zalının qarşısında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində zədələnmiş “Crocus City Hall” konsert zalının qarşısında terror aktı qurbanlarının xatirəsinə abidənin ucaldılması işlərinə başlanılıb.

Abidənin bünövrəsi, metal konstruksiya indi saytda peyda olub. İşin bina sahibləri tərəfindən təşkil edildiyi qeyd edilir. Onu da əlavə edək ki, hazırda abidənin açılış tarixi məlum deyil.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında 145 nəfərin həyatına son qoyan terror aktı baş vermişdi. Terror aktı müasir Rusiya tarixində ən böyük terror aktlarından birinə çevrilib.

//Samir Qurbanov, Editor.az