“Cütlük”dən ağlasığmaz addım – Başqasına məxsus mülkdə icazəsiz toy keçirmək istədilərbackend

“Cütlük”dən ağlasığmaz addım – Başqasına məxsus mülkdə icazəsiz toy keçirmək istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florida (ABŞ) ştatında bəy və gəlin icazəsiz şəkildə başqasının bağ evinə girib özlərinə toy keçirmək istəyiblər.

Milli.Az Associated Press-a istinadən xəbər verir ki, Kortni Uilson və Şenita Cons “cütlüyü” sahəsi 1500 kv.metr olan mülkü əvvəldən diqqətə alıblar. Mülkün ərazisində boulinq, üzgüçülük basseyni, tennis kortu və 240 metrlik bar olub. Bir neçə ay əvvəl mülkə alıcı adı ilə yaxınlaşıb, sonra isə sahibi ilə danışıb. Ev yiyəsindən xahiş edib ki, vilasında toy keçirməyə icazə versin. Lakin rədd cavabı alıb. Buna baxmayaraq qonaqlara dəvətnamə göndəriblər.

Evin yiyəsi aprelin 17-də evininq qarşısında çoxsaylı maşınları görəndə şoka düşüb. Onları qovmaq istəsə də, bu mümkün olmayıb. Nəticədə 911 xidmətinə zəng etməli olub.