Dadaşov qırmızı vərəqə aldıbackend

Dadaşov qırmızı vərəqə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya Sequndasında XXXII turun oyunları keçirilir.  Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Eştoril” doğma azarkeşləri önündə mübarizə aparıb.

Komanda aşağı sıralarda qərarlaşan “Akademiko Viseu”nu qəbul edib. Start heyətində meydana daxil olan Renat komandası hesabda 0:1 geridə olarkən 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra qonaqların daha 2 qoluna ev sahibləri 1 təsəlli topu ilə cavab verə bilib – 1:3.

Bu məğlubiyyətdən sonra “Eştoril” 51 xalla 4-cü pillədə qərarlaşıb.

//maçt.az