Dağıntılar altında doğulan qız kimə veriləcək?backend

Dağıntılar altında doğulan qız kimə veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən zəlzələ nəticəsində Suriyyada çökən binanın altında dünyaya gələn qıza Aya adı verilib.

Axşam.az xəbər verir ki, günlərdir dünyanın död bir yanından insanlar uşağı övladlıq götürmək üçün müraciət edir. Anası doğuşdan sonra dağıntılar altında dünyasını dəyişən Aya hazırda xəstəxanadadır. Onun baxımını hazırda uşaq həkimi Hani Marouf öz üzərinə götürüb. Onun övladlıq götürmək istəyənlər arasında dayısı da yer alıb.

Ailə vəziyyəti yaxşı olmayan dayının 11 övladı var və hazırda evsizdir. Uşaq xəstəxanadan çıxan kimi dayısı Salih el Badrana təhvil veriləcək. Hazırda onun qaldığı xəstəxananın müdiri Xalid uşağın bütün xərcini ödəyir. “Hazırda onun övladlığa götürülməsinə icazə verməyəcəyəm. Öz övladım kimi baxacağam” deyə, o, bildirib.