Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı açıqlamabackend

Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altında qaldığı deyilən 4 azərbaycanlı tələbə ilə bağlı hələ də məlumat yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edilib ki, axtarışlar davam edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.