Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə əməkdaşları Qarabudaqkənddə tikilməkdə olan birmərtəbəli ticarət binasının uçması sonrası dağıntılar altında üç nəfər qalması məlum olub.
Editor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb. Məlumata görə, tikilməkdə olan binada monolit-beton dam örtüyü tökülərkən betonla doldurulmuş qəlib ağırlığa tab gətirə bilməyərək düşüb.
Dağıntılar altından xilas edilən iki inşaatçının sözlərinə görə, orada daha bir nəfər qalıb. Həmin adamın cansız bədəni tapılıb və onun həmin tikintidə işləyən Azərbaycan vətəndaşı olması təsdiqlənib.
//Samir Qurbanov, Editor.az