Dağıstanda qanlı hücumlar: kilsə və sinaqoq atəşə tutulub, polislər güllələnib – VİDEO – FOTObackend

Dağıstanda qanlı hücumlar: kilsə və sinaqoq atəşə tutulub, polislər güllələnib – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər polisi, sinaqoqu və kilsəni avtomat silahlardan atəşə tutublar.

Sinaqoqun binası tamamilə yanıb. Hadisə nəticəsində 5 polis əməkdaşı həlak olub, 9-u yaralanıb.

Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib.

Milli.Az bildirir ki, Dərbənd və kilsənin gülləbaran edilməsi zamanı rus keşiş Nikolayın həlak olduğu dəqiqləşib.

Həlak olanlarla yaralıların sayı dəqiqləşdirilir. Hələ ki, rəsmi məlumat verilməyib.

Qeyri-rəsmi məlumatlara görə, 66 yaşlı keşiş Nikolayın boğazını kəsiblər.

Mediada yer alanr məlumatlara görə, o, xəstə imiş. Mahaçqaladakı kilsənin mhafizəçilərində yalnız qaz tapançaları vardı.

Onlar gülllənib.

Kilsənin keşişləri və işçiləri içəridə gizləniblər.

Mahaçqalada polislərə hücum edən iki nəfəri məhv etmək mümkün olub.

Hazırda Mahaçqalada Maqomedhacıyev küçəsində atışma davam edir.

Məqaləyə dair fotomateriallar: