Dağıstanda silahlı insident: polisi yaraladılarbackend

Dağıstanda silahlı insident: polisi yaraladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın paytaxtı Mahaçqala şəhərində silahlı insident baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb.

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, polis əməkdaşı sənədlərini yoxlamaq məqsədilə iki mülki şəxsi saxlayıb. Bu zaman həmin şəxslər polisə itaətsizlik göstərərək silahdan atəş açıblar.