Dağıstanda teraktın arxasında bu ölkələr dayanır – Deputatbackend

Dağıstanda teraktın arxasında bu ölkələr dayanır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli olduğunu bildirib.

Editor.az  lent.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram səhifəsində yazıb.

Onun fikrincə, xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə bu teraktlar törədilib:

“Dağıstan rəhbəri vəziyyətə nəzarət edir, lazımi qərarlar alınır, terrorçuların tutulması və məhv edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bütün terrorçular məhv ediləcək. İşləyin, qardaşlar!”