Dağıstanda terror aktı planlaşdıran 12 nəfər saxlanılıbbackend

Dağıstanda terror aktı planlaşdıran 12 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli təşkilatın 12 üzvünü saxlayıb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi min kq olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.