Dağıstanda terror aktları törədən dəstənin başçısının kimliyi məlum oldubackend

Dağıstanda terror aktları törədən dəstənin başçısının kimliyi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan ərazisində terror aktları törətmək üçün təşkil olunmuş cinayətkar dəstəni Serqokalinsk rayonunun keçmiş rəhbəri Maqomed Omarovun oğlu yaradıb.

Bu barədə Dağıstan Ali Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, yaraqlıların həbs olunan şəriki M.Omarovun yaratdığı qrupa qoşulub, bundan sonra isə cinayətkar qrupun üzvləri respublika ərazisində terror aktları törətməyə hazırlaşıblar.

Xatırladaq ki, iyunun 23-də keçmiş məmur Maqomed Omarovun oğulları da daxil olmaqla silahlı terrorçular Dağıstanın Dərbənd şəhərində sinaqoq və pravoslav kilsəsinə hücum ediblər. Bundan əlavə, cinayətkarlar Mahaçqalada yol polisi postunu atəşə tutublar.

Bundan əvvəl Omarov Serqokalinsk rayonunun rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Dindirmə zamanı o, oğullarının radikal ideyalara bağlılığından xəbərdar olduğunu etiraf edib.

Oxu.az