Dağıstanda törədilən terror aktlarında ölənlərin sayı 22-yə yüksəlibbackend

Dağıstanda törədilən terror aktlarında ölənlərin sayı 22-yə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan Muxtar Respublikasının lideri Sergey Melikov paytaxt Mahaçqala və bölgənin cənubundakı Dərbənd şəhərində baş verən qarşıdurmalarda ölənlərin sayının 22-yə yüksəldiyini açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Mahaçqalada qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşən Məlikov hücumlarda həyatını itirənlərdən 17-nin polis olduğunu qeyd edib.

“Böyük kədərlə bildiririk ki, nəticədə 22 nəfər həyatını itirib. Dağıstanda törədilən terror aktları. Onlardan 21-i bilavasitə terror aktları nəticəsində həlak olub, ertəsi gün isə bir polis əməkdaşı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib”. Dağıstan lideri əlavə edib ki, silahlıların iyunun 23-də törətdikləri hücumlarda həlak olanlardan 17-si polis əməkdaşı, 5-i isə mülki şəxsdir.

//Gülnarə Abasova, Editor.az