Dağıstanın fələstinli qaçqınları qəbul etməyə hazırdır – Dağıstanın rəhbəri Sergey Melikovbackend

Dağıstanın fələstinli qaçqınları qəbul etməyə hazırdır – Dağıstanın rəhbəri Sergey Melikov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət səviyyəsində müvafiq qərar qəbul olunarsa Dağıstanın fələstinli qaçqınları yerləşdirməyə hazır olacaq.

Editor.az bildirir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov deyib. O qeyd edib ki, Dağıstan ilk növbədə qadın və uşaqları qəbul etmək niyyətindədir. Melikov hökumətə bu məsələ ilə bağlı operativ işləməyi tapşırıb.

“Fələstin xalqına yardım təkcə humanitar yardım göndərməklə məhdudlaşmayacaq. Əgər dövlətimiz səviyyəsində müvafiq qərar qəbul olunarsa, biz qaçqınları Dağıstan ərazisində yerləşdirməyə hazır olacağıq”, – Sergey Melikov bildirib. Əvvəllər oxşar təşəbbüs Çeçenistan Respublikasında da irəli sürülüb. Onlar regionun 250 fələstinli qaçqını qəbul etməyə hazır olduğunu bildiriblər.

Xatırladaq ki, Dağıstan bu gün Qəzza zolağının sakinlərinə 30 ton humanitar yardım göndərib. Yardım Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Misirə aparılıb. Ümumilikdə dağıstanlılar 100 tondan çox yardım toplayıblar.

//Samir Qurbanov, Editor.az