Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər artıq İsmayıllı rayonuna gətiriliblər.
Oxu.Az-ın məlumatına görə, alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən Şahdağ Milli Parkın İsmayıllı bölməsi ərazisindədirlər.
Hazırda onlar həkim nəzarəti altındadırlar.
11:55
Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə ediliblər.
alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən İsmayıllıya gətirilirlər.
08:32
Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.
Bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, – deyə o qeyd edib.
Eyni zamanda, itkin düşənlərdən biri – Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.