Dağlıq Qarabağ danışıqları həqiqi nəticə verməlidir – Rusiya XİNbackend

Dağlıq Qarabağ danışıqları həqiqi nəticə verməlidir – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Yerevanda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Bunu jurnalistlərə Q.Karasin bildirib.

O, danışıqlar zamanı Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğulayıb.

“Məsələ üzərində ATƏT-in Minsk qrupu həmsədrləri çalışırlar. Lakin qarşıdan mən bilən, ölkə liderləri, XİN rəhbərləri səviyyəsində yeni görüşlər gəlir. Görüşlər substantiv, mənalı keçməsi, konkret nəticə verməsi, işləri irəli aparması üçün hərtərəfli hazırlanmalıdır”, – rusiyalı diplomat deyib.

Q.Karasin Dağlıq Qarabağ ətrafındakı beynəlxalq vəziyyətin sabit olmasının mühüm əhəmiyyət daşıdığını söyləyib.

Münaqişənin həllində sıçrayış ehtimalına toxunan nazir müavini bunun “çətin məsələ” olduğunu dilə gətirib.

“Hamı sürətli irəliləyiş olmasını istəyir. Amma gerçəkçi olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyi ilə danışıqlara ümid etmək lazımdır”, – rusiyalı diplomat bildirib.

//report