Dağlıq Qarabağ hələ də “respublika” kimi idarə olunur?backend

Dağlıq Qarabağ hələ də “respublika” kimi idarə olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) “prezidenti”Araik Arutyunyanın “sərəncamı” ilə Vitali Balasanyan “DQR”in “Təhlükəsizlik Şurası”nın “katibi” təyin edilib.

Editor.az xəbər verir ki, bu təyinatla əlaqədar Arutyunyan Balasanyanla görüşüb. Görüşdə daxili və xarici təhlükələrdən qurtulmaq üçün çıxış yolları müzakirə edilib.

General Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına sərt tənqidlər səsləndirməsi ilə seçilirdi. O çıxışlarının birində Paşinyanı “anti-erməni layihəsi” adlandırmışdı.